Elariz: Toydan sonra Bakıya gəlmək istədim, amma... - Video

Elariz: Toydan sonra Bakıya gəlmək istədim, amma... - Video

Şou Veb saytların hazırlanması

29 Noyabr 2023 15:51 2452


Bir neçə gün öncə oğluna İstanbulda toy edən müğənni Elariz Məmmədoğlu dəbdəbəli məclisin detallarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ARB-nin “Elgizlə izlə” proqramına telefonla canlı bağlanan sənətçi gəlininin türkiyəli olduğunu bildirib:

“Toy İstanbulda oldu, Azərbaycandan yaxın qohumlarımı, yaxın dostlarımı və oğlumun məhəllə uşaqlarını dəvət etmişdim, onlar bir yerdə böyüyüblər. Müğənnilərdən isə yaxın dostum Arzu Rzayevi dəvət etmişdim. Biletini özüm almışdım, otelində otaq da tutmuşdum, özü də çox pulgir adamdır (gülür)”.

O, toyu İstanbulda etməsinin səbəbini açıqlayıb:

“Oğlum İstanbulda hüquqşünas kimi fəaliyyət göstərir. Həm Türkiyə türkləri, həm Azərbaycan türkləri ona müraciət edirlər. Oğlumun bütün çevrəsi Türkiyədədir. Azərbaycanda toy etsə idim, gərək onların hamısını Azərbaycana çağıraydım”.

Aparıcı Elgiz Əkbərin “Uzun illər burada toylara getmisən. Pul yazdırmısan. İndi onlar hamısı batdımı” sualını ifaçı belə cavablandırıb:

“Əzizlərim, kimin toyuna getmişəmsə, pul salmışamsa, halal xoşu olsun. Vaxtilə kimin toyuna getmişəmsə, onları toyumuza dəvət etmişdim, sağ olsunlar, hamısı da gəldi. O vaxt Bakıda bir səs rejissorum var idi, Namiq Əmircanski, deyərdi ki, gəlmisən toya, yeyib-içməyinin pulunu ver. Mən də o vaxt toylara getmişəmsə, pul yazdırmışam, yəni yeyib-içdiyimin pulunu vermişəm”.

Elariz Məmmədoğlu Bakıya gəlmək istəyib, amma bu baş tutmayıb:

“Fikrimdə var idi ki, toyu yola verəndən sonra Bakıya gəlim. Amma Amerikadan təcili zəng etdilər ki, 2 toy var, gəlməlisən. Ona görə də Kanadaya uçmalıyam. Sonra başqa ştatlarda da məclislərin olacağı deyildi, işçim bunları mənə deyəndə gördüm ki, getməyə məcburam. Təqribən 2-3 aya Bakıya gəlməyi planlanlaşdırıram”.

Müğənni ABŞ-dakı toylara hansı qiymətə getdiyini açıqlamaqdan imtina edib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!