Elçin Şıxlı “TikTok”da təhqir olundu, məhkəməyə verdi

saytların hazırlanması

Evə çatdırılma

Elçin Şıxlı “TikTok”da təhqir olundu, məhkəməyə verdi

Sosial

22 Sentyabr 2023 11:03 474


Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı sosial şəbəkədə onu təhqir edən şəxsi məhkəməyə verib.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Lənkəran Şəhər Məhkəməsində iddia qaldırıb.

Xüsusi ittihamçı iddia ərizəsində göstərib ki, əvvəldən tanımadığı Əlihüseyn Ağayev "TikTok"da onu təhqir edib, şərəf və ləyaqətinə xələl gətirən sözlər işlədib. Marqarita pizza

Məhkəmədə xüsusi ittihamçının vəkili Həbib Əliyev çıxış edib. O, müvəkkilinin təhqir olunduğunu təsdiq edən kifayət qədər sübutlar olduğunu bildirərərək təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsinin sanksiyası həddində cəzalandırılmasını istəyib.

Müdafiə tərəfi isə özünü təqsirli bilməyərək bəraət qərarı çıxarılmasını xahiş edib.

Hakim Murad Aslanov tərəflərin fikirlərini öyrəndikdən sonra qərarını açıqlayıb. Qərara əsasən, Əlihüseyn Ağayev verilmiş ittihamla təqsirli bilinərək 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, Elçin Şıxlı Xalq yazıçısı İsmayıl Şıxlının oğludur. O,  Azərbaycan Yazıçılar Birliyinin üzvü, həmçinin ayna.az saytı və Ayna TV-nin təsisçisidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!