Eldar Əzizov icra başçılarını topladı: TAPŞIRIQ

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov icra başçılarını topladı: TAPŞIRIQ

Sosial

26 Avqust 2025 14:32 627


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə payız-qış mövsümünə hazırlıqla bağlı geniş müşavirə keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində şəhərin maddi-texniki bazası güclənib, paytaxt yeni inkişaf mərhələsinə qədəm qoyub.

Onun sözlərinə görə, bu gün strukturlar öz funksional vəzifələrindən asıllı olmayaraq vahid organizm kimi çalışmalıdırlar. Mövcud imkanlar daha səmərəli və əlaqəli fəaliyyət göstərməyə şərait yaradır və qarşıdan gələn mövsümə hazırlıq işləri də bu yanaşma ilə icra olunmalıdır. pizza

İclasda paytaxtda aparılan abadlıq-quruculuq, kommunal xidmətlər, yaşıllaşdırma işlərinin mövcud vəziyyəti müzakirə olunub və bu işlərin sürətləndirilməsi tapşırılıb. 

Sonda müşavirə iştirakçılarına mövcud çatışmazlıqların aradan qaldırılması, payız-qış mövsümünə hazırlıq, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!