Eldar Mansurov: “Musiqilərimi atalarının malı kimi götürürlər” - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Eldar Mansurov: “Musiqilərimi atalarının malı kimi götürürlər” - VİDEO

Şou

13 İyul 2022 15:00 1539


Xalq artisti, bəstəkar Eldar Mansurov açıqlamaları ilə diqqət çəkib. 

Oxu.Az-ın məlumatına görə, bəstəkar ATV-də yayımlanan “Bağ mövsümü” verilişində qonaq olarkən artıq kinolar üçün musiqi bəstələmədiyini bildirib.

“Kinolara nə mahnı yazdımsa, 90-cı illərdə bəstələdim. Ondan sonra filmlərə musiqi yazmadım, indiki rejissorlar öz tay-tuşlarını tapıb, özlərinə xoş olan adamlarla işləyirlər. Mənim musiqimi öz filmlərində görmürlər. Mən onlarla, onlar da mənimlə işləmirlər. Cavanlar serial çəkir, məndən soruşmadan musiqimdən istifadə edirlər. Eləsi var müəllif adını yazır, eləsi də var ki, yazmır. Elə bil atasının malıdır, götürüb istifadə edir”, - deyə, Mansurov bildirib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!