“Elə bil boynu yoxdur“ - Gülayın son klipi tənqid olundu

saytların hazırlanması

Evə çatdırılma

“Elə bil boynu yoxdur“ - Gülayın son klipi tənqid olundu

Şou

17 Noyabr 2022 12:27 711


“Səs-küyə səbəb olan, “wow” bir şey olmadı. İstəyiblər “disko” tərzində klip çəksinlər, amma çox böyük qüsurlar var”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri stilist Anar Ağakişiyev “7 özəl” verilişində müğənni Gülay Zeynallının “Məmnunam” klipi barədə söyləyib.

O, ifaçının imicinin düzgün seçilmədiyini bildirib: pizza mizza

“Paltarın “amerikanka” boyunun olmağı boyun hissəsini yığıb, üstündən bağlanan bandana da üzünü yığıb, sanki xanımın boynu yoxdur. Qeyri-adi heç nə görmürəm. Bu, çox böyük qüsurdur. Yəqin ki, xanım montajda özü-özünü görüb. Alın hissəni bağlayırıqsa, sinə hissəni açmalıyıq ki, bədən xəttləri uyğun gəlsin”.

Qeyd edək ki, Gülayın tərzi üzərində stilist Elnur Həsənov çalışmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!