Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Bilirəm kimlər fəxri adları pulla alıb...”  – Əli Mirəliyev
24 Sen 2021 17:23
1955

“Bilirəm kimlər fəxri adları pulla alıb...” – Əli Mirəliyev

Müğənni Əli Mirəliyev fəxri adların pulla satıldığını iddia edib.

Yenisabah.az xəbər verir ki, Meydan TV-nin suallarını cavablandıran ifaçı televiziyalarda bədii şuraların olmamasından gileylənib:

“20 ildir deyirəm ki, Azərbaycan tele-radiolarında bədii şuralar olmalıdır. Çıxış yolu budur ki, salamat qalan sənətkarları bədii şuraya toplasınlar. Məsələn, Aygün Səmədzadə, Oqtay Rəcəbov, Baba Vəziroğlu olsun. Mən də professional müğənni kimi onların içində yer alım. Çünki Səid Rüstəmov, Tofiq Quliyev, Cavangir Cahangirov, Fikrət Əmirov musiqisindən xəbərdaram. Azərbaycan musiqisi beş-on nəfərin əlində olmamalıdır. Azərbaycan musiqisinin sahibi Mədəniyyət Nazirliyi də deyil, xalqdır. Xalq da bilir ki, Əli düz danışır. 

Bəziləri “Əməkdar”, “Xalq artisti” adlarını pulla alıblar. Sonra da deyirlər ki, dövlət bizi tanıyır. Dövlətin heç sizin varlığınızdan xəbəri yoxdur. Mədəniyyət Nazirliyi konsertə kimi yazır, onu da gətirib, oxudurlar. İndi dövlət yazıq nə bilsin ki, sən düz oxuyursan, ya əyri. Onu musiqiçi Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Faiq Sücəddinov, Eldar Mansurov, Cavanşir Quliyev bilir. Biz bilirik, mən, Zaur Rzayev bilir”.

Müğənni pandemiyadan əvvəl toylardan imtina etdiyini bildirib:

“Hələ pandemiyadan qabaq toylara getmirdim, imtina etmişəm. Səbəb bayağı mahnıların səslənməsi, həmçinin toy zallarının həddən artıq böyük olmasıdır. Restoran sahibləri pul qazanmaq üçün böyük zallar tikiblər, tavan çox hündür olduğu üçün akustika yoxdur. Səslər bir-birinə qarışır. Musiqiçilərin hərəsinin qarşısında bir mikrofon, müğənnidə də mikrafon. Elə bil ki, “kolxoz bazarı”na gəlmisən. Bizim vaxtımızda, banket və toy zalları 90-100 nəfərlik olurdu, ağız deyəni qulaq eşidirdi”. 

Sonda müğənni dolanışından danışıb: “Artıq altı-yeddi ildir ki, ARB TV-də işləyirəm. Telekanaldan aldığım maaş və təqaüdümlə dolanıram”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər