“Elə bilirlər erməni separatçısıdır, üzünü...“ -   Etiraz

saytların hazırlanması

Evə çatdırılma

“Elə bilirlər erməni separatçısıdır, üzünü...“ - Etiraz

Hadisə

19 Aprel 2021 15:52 794


“Bu gedişlə Hərbi Qənimətlər Parkında sərgilənən dağılmış hərbi texnikadan və manekenlərdən əsər-əlamət qalmayacaq. Neçə gündür sosial şəbəklərdə parkdan görüntülərlə tanış oluram. Tankın üstünə dırmaşaraq şəkil və video yayanlar da gördüm, manekeni doğrudan erməni separatçısı bilib üzünü döyəcləyərək telefonuna çəkənin videosuna da rast gəldim”.

Yenisabah.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

“Hərbi Qənimətlər Parkı ona görə yaradıldı ki, gənc və gələcək nəsil əldə etdiyimiz qələbə və onun miqyası ilə tanış olsun. Əgər manekenlər sındırılacaqsa, onsuz da dağılmış tankın lüləsi qırılacaqsa, göstərməyə bir şey qalmayacaq. Hərbi Qənimətlər Parkı açıq havada muzeydir. Necə ki qapalı muzeydə hansısa eksponata əl vurmaq, onun üzərinə çıxıb şəkil çəkdirmək qadağandır, eləcə də Hərbi Qənimətlər Parkında eyni qaydalar tətbiq olunmalıdır”, - deyə politoloq əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!