“Elə imkanlı şəxslər, nazirlər var ki...” - İbadətlə məşğul olan sabiq nazirdən maraqlı  AÇIQLAMA
12 İyl 2020 15:19
1555

“Elə imkanlı şəxslər, nazirlər var ki...” - İbadətlə məşğul olan sabiq nazirdən maraqlı AÇIQLAMA

Baş nazirin sabiq müavini İsmət Abbasov ibadətlə məşğul olur.

Yenisabah.az xəbər verir ki, bu barədə İ.Abbasovun özü Unikal.org-a məlumat verib. O, qeyd edib ki, koronavirus pandemiyası Allahın insanlara imtahanıdır:

“Namaz qılıram, ibadət edirəm.Özüm həmçinin Həcc ziyarətində də olmuşam. Allaha inanmaq lazımdır. Görürsünüz bu gün dünyanı koronavirus bürüyüb. O qədər əyri-əskik işlər oldu ki, bunlar onun nəticəsidir. Bu gün varlı da, kasıb da evə sığınıb.Varlıların pulu da onların köməyinə çatmır. Elə imkanlı şəxslər, nazirlər var ki, imkanları olduğu halda xaricə gedib, özlərini müalicə etdirə bilmirlər”.

Qeyd edək ki, İsmət Abbasov 2004-2013-cü illərdə Kənd Təsərrüfatı naziri, 2013-cü ildən 2018-ci ilə qədər isə Baş Nazirin müavini vəzifəsində işləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər