“Elə indi 50 Azərbaycan əsgərini əsir götürə bilərik” - Erməni generalı

saytların hazırlanması

Evə çatdırılma

“Elə indi 50 Azərbaycan əsgərini əsir götürə bilərik” - Erməni generalı

Rəsmi

30 May 2021 08:59 3196


Bizim də Azərbaycan əsgərlərini əsir götürmək imkanımız var. İstəsək 20-50 Azərbaycan əsgərini əsir götürərik”.

Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin müavini Eduard Asryan deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu sərhəddə olan Azərbaycan əsgərini istədiyi vaxt əsir götürə bilər:

“Biz onlardan, onlarda da bizdən əsir götürəcəklər. Bu proses sonsuza qədər davam edəcək. Lakin biz problemi diplomatik yolla aradan qaldırmağa çalışırıq. Məhz diplomatik yolla sərhədlərimizi bərpa etmək, silahdan istifadə etmədən onları öz ərazilərinə göndərməyə çalışırıq. Həmçinin belə bir variant da var ki, güc işlətməklə onları geri çəkilməyə məcbur edək. Əsir götürmək də bir metoddur, lakin bu problemi həll etmir. Əksinə, belə addımlar yekunda hərbi toqquşmaya gətirib çıxarır. Bütün bunlara baxmayaraq, bütün variantlar nəzərdən keçirilir və yekun qərar veriləcək”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!