"İstər kişi, istərsə də qadın özünə baxmalı, gigiyena qaydalarına əməl etməlidir. Eyni zamanda şəxslər özündə hər hansı bir qüsur görürsə, bunu kompleks edirsə, həmin kompleksini aradan qaldırmalıdır. Bu gün gedib plastik əməliyyatlar etdirən kifayət qədər kişi var. Məsələn, gedib burunlarını düzəltdirirlər. Buna pis baxmıram, çünki o, bunu kompleks edir. İnsan görüntüsünü bəyənməyəndə əhvalı da pis olur və bu yaşamına da təsir edir, komfortu pozulur.
Yaxud bir kişi obezdir, xeyli artıq çəkisi varsa, mədəkiçiltmə əməliyyatına girib arıqlaması normaldır. Amma bir kişinin qadınların etdirdiyi prosedurları özünə etdirməsi doğru deyil".
Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Kişilərin qadınlar kimi müxtəlif proseduralar etdirməsinə etirazına görə sosial şəbəkələrdə hədəfə alınan psixoloq fikirlərinə aydınlıq gətirib: pizza hut
"Bu gün kosmetoloqa gedirsən və görürsən ki, dodaq dolğusu etdirmək üçün bir oğlan kürsüyə əyləşib. Əgər dodaq dolğusu etdirmək görünüş baxımından vacib olarsa, bunu stomatoloqlar özləri məsləhət görür və damaq tərəfdən dolğu edilir. Bu gün saç uzatmağa, qadınların etdirdiyi prosedurların hamısını etdirənlərə yaxşı baxırlarsa, niyə Bayram Nurlunu qınayırlar?! Niyə ona artıq-əskik sözlər yazırsınız? Əgər bu yaxşıdırsa, niyə onu tənqid edirsiniz? Deməli, hər şeyin öz həddi var. Həddi aşanda çox iyrənc görünür. Bu gün bəzi kişilər var ki, onları qadınlardan ayırmaq olmur. Bir kişinin üzünə lazer etdirməsi nəyə lazımdır?! Ola bilər ki, bədənin başqa nahiyələrini gigiyena məqsədi ilə lazer etdirirlər, amma bütün üzünü qadın kimi lazer etdirməsinə nə gərək var? Kişinin üzünün müəyyən hissəsində tük olar, müəyyən hissəsində olmaz. Elə şeylər edirlər ki, həqiqətən iyrənc bir görüntü ortaya çıxır.
Yaxud da pedikürə getmək. Siz özünüz də evdə dırnaqlarınızın qayğısına qala bilərsiniz. Mən bu şeyi etik bilmirəm ki, bir kişi ayağını qadına tərəf uzatsın və desin ki, mənim ayaq dırnaqlarıma qulluq et, düzəlt, üstünə də rəngsiz dırnaq boyası vur. Bunu düzgün hesab etmirəm. Əgər bu stereotipi aşmaqdırsa, aşmaq lazım deyil.
Bəzi komplekslər var ki, onlar insanda olmalıdır və onunla yaşamağa davam etməlidir. Məsələn, bəzi insanlar deyir ki, mən çox açıq-saçıq geyinməyi sevmirəm, özümü kompleksli hiss edirəm. Bu kimi komplekslər insanın abrını-həyasını qoruyur".
G.Orucovanın sözlərinə görə, hər bir proseduran müəyyən həddi var və bu həddi aşdıqda ortaya iyrənc görüntü çıxır, kişilər qadınlara bənzəyirlər:
"Təbii ki, insan baxımlı olmalı, uyumlu geyinməlidir, amma baxırıq ki, bu gün bəzi ağsaqqal kişilər elə rəngdə geyinir ki, həmin rəng onun yaşına uyğun deyil. Bəzi psixoloqlar deyir ki, pozitiv olaq, narıncı geyinək, qırmızı, sarı geyinək, amma nəzərə alın ki, psixoloq bunu 65 yaşında geyinin demir. Bunu biz aşağı yaşlı uşaqlara məsləhət bilirik. Çünki bu rənglər başqaları ilə ünsiyyət yaratmaq üçün yardımçı olur.
İstər kosmetoloqlarda, istər lazeroloqlarda, istərsə də plastik cərrahların qapısında qadınlarla birgə kişilər də növbə gözləyir. Mən demirəm ki, kompleksləri aradan qaldırmayın, sadəcə kişilər qadına oxşamamalıdır. Azərbaycan kişisinin bir obrazı var. Siz xaricdə gedib onu etsəniz, bəlkə də normal baxarlar. Orada burnunuza, qaşınıza pirsinq taxdırsanız, qulağınızı 10 yerdən deşdirsəniz bunu normal qarşılayarlar, amma Azərbaycanda buna heç də yaxşı baxmırlar.
Əgər qadına bənzəyən kişiləri sevirsinizsə, onda LGBT üzvlərini qınamayın! Özünü qadın görüntüsünə salmaq heç də yaxşı deyil. Kişinin kişi görüntüsü olmalıdır. Baxımlı olmaq o demək deyil ki, sən bütün günü gedib kosmetoloqların qəbulunda oturasan".
Əsmətxanım Rzazadə
Telegram kanalımız