Ələkbər Yasamallının anası DANIŞDI: “Oğlumun vəziyyəti pisdir“ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ələkbər Yasamallının anası DANIŞDI: “Oğlumun vəziyyəti pisdir“ - VİDEO

Şou

12 Noyabr 2022 13:33 1090


Hazırda Almaniyada olan meyxanaçı Ələkbər Yasamallının (Quliyev) səhhətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə söz xiridarının anası Bacıqız xanım Baku TV-yə müsahibəsində deyib.

Sənətçinin anası bildirib ki, Ələkbər yaxın dostu və həmkarı Rəşad Dağlının bibisi oğlu İskəndər Mehdiyevi öldürməsi xəbərindən sonra vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilib. pizza hut

“Ələkbərə kimsə deyib, çox pis vəziyyətdədir. Orada xəstəxanaya aparıblar, vəziyyəti pisdir. Heç öz övladımla danışa bilmirəm. Kimdən gözləsək də, Rəşaddan gözlməzdik. O, hamımız üçün əziz adam olub”, - deyə Ə.Yasamallının anası Bacıqız xanım qeyd edib.

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov qonşusu, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 14 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Qaradağ rayon məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!