Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Elektrik enerjisi ilə bağlı gecə-gündüz tarifinə keçilir? - RƏSMİ

Sosial

21 Fevral 2023 14:18 4819


Milli Məclisdə elektrik enerjisi üzrə gecə və gündüz tarifləri məsələsi gündəmə gətirilib. 

Bununla bağlı sualı Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı deputat Məşhur Məmmədov verib.

 Onun “Azərbaycanda əhali abunəçilərinə elektrik enerjisi üzrə gecə və gündüz tariflərinin müəyyən edilməsi mümkündürmü?” sualına cavab olaraq Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov belə cavab verib: “Enerji sistemində səmərəliliyin təmin olunması hər zaman nazirliyin marağında olub. Həmişə belə təkliflərlə çıxış etmişik. Amma elektrik enerjisi üzrə gecə və gündüz tariflərini tətbiq etmək sadə məsələ deyil.  Marqarita pizza

Ona görə ki, sayğaclaşdırma buna uyğun qurulmalıdır. Gecə-gündüz tariflərinə keçmək istəsək, bunu hesablayan xüsusi smart sayğaclar olmalıdır”.(Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!