Elgiz ona xəbərdarlıq etdi: “Hələlik səbr edirəm“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Elgiz ona xəbərdarlıq etdi: “Hələlik səbr edirəm“ - Video

Şou

20 Aprel 2023 10:25 4838


Teleaparıcı Elgiz Əkbər ona düşmən kəsilən məhşurdan danışıb.

Yenisabah.az xəbər verir ki, “Elgizlə izlə” verilişində o bildirib:

“Bir məşhur var, mən ona hər zaman yaxşı olmuşam. Hətta verilişə qonaq gələndə ona xüsusi hörmət göstərmişəm. Sonra bir anlaşılmazlıq oldu, indi bu adam mənə düşmən kəsilib. Hər yerdə arxamca danışır, özü də olmayan şeyləri danışır. Bunlar da gəlib mənim qulağıma çatır. Sözün var, özümə de. Mən sənə neyləmişəm? Mən sənə “get” deməmişəm. Belə şeylər nəyə lazımdır? Bu məni çox üzür. Axı sənə heç bir pisliyim dəyməyib. Bu əziz günə and olsun, mənim sənə qarşı ürəyimdə heç bir kinim yoxdur. Pepperoni pizza

Sən bilirsən ki, danışdığın adamlar gəlib mənə bunu deyəcək. Hər şeyin bir həddi var. Birinci Allahını bil, göydə Allah var. Sən məndən böyüksən, sən mənə yol göstərməlisən. Özün də deyirsən ki, namaz qılıram, Allaha inanıram. Amma əməlinlə bunlar düz gəlmir. Danışmağa qalsa, mənim ağzımı yummaq olar?! Allah göstərməsin. Amma mən bunu etmirəm, hələlik səbr edirəm. Mən sənə neyləmişəm? Mən sənin düşmənin deyiləm”.

Elgiz ad çəkməsə də, dediklərindən bu sözlərin vəkil Şəfiqə Nağıyevaya aid olduğu başa düşülüb:

“Neçə il sən bu verilişdə oturmusan, amma indi olduğun verilişlərdə deyirsən ki, filan şey elə deyildi, şou idi və s. Tutaq ki, belə idi, biz şou etmişik, amma şounun ən böyük nümayəndəsi sən idin. Belə şeylər eləmək olmaz axı, bu yaxşı deyil. Biz neçə illər dost olmuşuq, bir-birimizə hörmət etmişik. Mən tərəfdən bu hörmət hələ də davam edir. Sabah durub bura gəlsən, mən səni güllə-çiçəklə qarşılayaram”.  

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!