Aparıcı Elgiz Əkbərin “ARB” kanalında yayımlanan “Elgizlə izlə” verilişinə 50-60 yaşlı insanların evlilik məqsədilə çıxarılması müzakirələrə səbəb olub. Verilişin iştirakçısı Ruhəngiz adlı yaşlı xanımın özündən 11 yaş kiçik bəylə ailə həyatı qurmaq istəməsi barədə “TikTok” paylaşımı birmənalı qarşılanmayıb: "Yaşlı insanlara evlilik lazım deyil, aparıcı bunu reytinq qazanmaq məqsədilə edir".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, E. Əkbər bu irada belə cavab verib:
“İctimai şəxslər ağıllı insanlardır, başa düşürlər ki, tənhalıq, təklik yaxşı hal deyil. Başqa cahil insanların fikirləri mənim üçün maraqlı deyil. Gözəl iş gördüyümü bilirəm. Yaşlı, dörd divar arasında tək qalan insanların dərmana, bir tikə çörəyə, bir stəkan suya ehtiyacları var. Kimsə onların çörəyini alsın, xəstələnəndə bir dərman versin. pizza
Evlənmək tək bizdə görünməyib ki. Bütün dünyada belə verilişlər var, o cümlədən Azərbaycanda. Biz sivil ölkəyik. Vətəndaşlarımız hər şeyin yaxşısına layiqdirlər. Bəzi insanlar var ki, görürsünüz, çətinlik çəkirlər, ailə qurmaq onlara çox çətin olur. Buna görə də onlara dəstək lazımdır”.
Telegram kanalımız