Ermənistanda "Ölüm qartalları ittifaqı" İctimai Birliyinin sədri, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin keçmiş rəis müavini general-mayor Astvatsatur Petrosyan dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində Petrosyanın ölümü Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətilə əlaqələndirilir.
“General-mayor Astvatsatur Petrosyanın da ürəyi Artsaxın süqutuna dözmədi”, - deyə erməni fəallar yazır.
Telegram kanalımız