Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı mühüm qərar

saytların hazırlanması

Evə çatdırılma

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı mühüm qərar

Sosial

14 İyul 2026 17:20 174


Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Lift Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində İşıqlandırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri", "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsinin nümunəvi strukturu və ştat vahidləri" təsdiq edilib. pizza mizza

Bu müəssisələrin nizamnamə kapitalı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində müvafiq olaraq mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı sahələrində xidmət göstərən qurumların əmlakı hesabına formalaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!