Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO

Şou

30 Aprel 2024 12:36 658


Müğənni Əli Mirəliyevin illər sonra görünüşünü 180 dərəcə dəyişməsi marağa səbəb olub. 

Belə ki, uzun illərdir seyrək saçlarla dolaşan sənətkar başına protez saç qoyaraq yeni imicdə "El canlı" verilişinə qatılıb. 

Yenisabah.az xəbər verir ki, Ə.Mirəliyev bu görünüşdə olmasını verilişin aparıcısı Elcan Rəsulovun istədiyini deyib. Dördpendirli pizza

Bu barədə verilişin kulisindən görüntülər yayılıb.

“Bu Elcanın işləridir. Elcana hər şey olar, o, mənim köhnə dostumdur, xahiş etdi, mən də razılaşdım. 10 dəqiqəlik də olsa, bunu etdim ki, Elcanın ürəyincə olsun. Onun ssenarisinin alınması üçün bunu etdim, belə vəziyyətlərdə dostluq jestləri önə çıxır. Hamı bilir ki, mən heç vaxt parik filan qoymamışam, necəyəmsə, o cür də efirə çıxmışam. Sadəcə, bu dəfə Elcan belə görmək istədi, mən də razılaşdım” - deyə Əli Mirəliyev bildirib. 

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!