"Mənzurə Musayeva ilə aramızın dəyməsinə səbəbkar mənəm. Mən dostuma inanmamalıydım. Apreldən bu yana küsülüyük”.
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov deyib.
ARB telekanalında yayımlanan “Onun Sirri” proqramında qonaq olan ifaçı həmkarı ilə aralarındakı qalmaqaldan danışıb. Toyuqlu pizza
O, M.Musayeva ilə toy üstündə dalaşdığını bildirib:
“Apreldə pandemiya dövrü idi. Rusiyada toylar gedirdi. Bir çox sənət dostu getdi orada oxudu. Mənzurəyə Kazandan təklif gəldi, o da mənimlə getməyi təklif etdi. Razılaşdım, ardından başqa bir dostum zəng vurdu ki, bir gedək. Mənzurə xanımın planı qaldı bir kənarda. Həmin adam dedi ki, gəl, sonra Mənzurəyə deyərik. Getdik, gördüm o qədər pul yoxdur, iş vermir. Mənzurəyə demədim. Sonra özü gəldi, hər şeyi yıxdılar mənim üstümə. Qəlbi məndən küsüb. Dost idik, ona deməli idim. Sonra da mənə onun dilindən sözlər dedilər. Məni qızışdırdılar ki, sənin haqqında nələrsə deyib. Mən də əsəbləşdim, özümə hakim olmadım. Danışdım, sonra peşman oldum. Xanım idi, bəlkə heç elə deməmişdi".
Telegram kanalımız