Əliyev ifşa etdi: “Müstəmləkə tarixində ən qanlı səhifələr Fransaya məxsusdur”

Əliyev ifşa etdi: “Müstəmləkə tarixində ən qanlı səhifələr Fransaya məxsusdur”

Siyasət Veb saytların hazırlanması

21 Noyabr 2023 09:43 428


"Hazırda Fransa 13-dən çox ərazini müstəmləkə kimi saxlayır və onların daxili işlərinə müdaxilə edir". 

Yenisabah.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı" mövzusunda keçirilən tədbirin iştirakçılarına ünvanladığı müraciətində yer alıb. 

"Bəşəriyyətin müstəmləkə tarixində olan ən qanlı səhifələr Fransaya məxsusdur. Fransa uzun illərdir ki, insanların var-dövlətini istismar edir, orada müharibə şəraiti yaradır. Fransa aktiv şəkildə afrikalıların başqa ölkələrə satılması istiqamətində çalışırdı. Mən Fransanın bəşəriyyətə qarşı törətdiyi cinayətlərlə bağlı faktlar göstərmişdim", - müraciətdə vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!