Əliyev sərəncam imzaladı: Onlara Prezidentin fərdi təqaüdü veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Əliyev sərəncam imzaladı: Onlara Prezidentin fərdi təqaüdü veriləcək

Sosial

17 Sentyabr 2021 15:41 1010


Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncam verib.

Yenisabah.az xəbər verir ki, Sərəncamla “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınır:

- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərinə görə Akademiyanın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin: Sezar pizza

Abbaszadə Nəzmiyyə Müzəffər qızı

Sinamdzqvarişvili Siala Vaxtanqovna

Yaqubova Tahirə Əhəd qızı.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!