Elm və təhsil naziri: “Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir“

saytların hazırlanması

Evə çatdırılma

Elm və təhsil naziri: “Məzunların yalnız 50 faizdən bir qədər çoxu iş tapa bilir“

Sosial

21 Dekabr 2022 11:26 699


"Təhsil sahəsində məzun olub işə qəbul olma faizi 50 faizdən bir az yuxarıdır. Təbii ki, yeni məzun olan gəncin iş tapması bir qədər zaman alır".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ən böyük ehtiyaclardan biri tələbələrin təhsil aldığı müddətdə aidiyyəti təcrübə proqramlarına cəlb olunmasıdır: "Hər bir universitetin özünəməxsus işəgötürənlərlə iş strategiyası olmalıdır. Böyük ehtimal daha çox insan əmək bazarına daxil olur". Dominos pizza

E.Əmrullayev həmçinin bildirib ki, azad edilən ərazilərdəki yenidənqurma işləri yeni iş yerləri deməkdir: "Orada işləyəcək kadrların hazırlanması istiqamətində düşünməliyik. İndiki nəslin həyata baxışı əvvəlki nəsildən fərqlidir. Onlar başqa cür həyat tərzi axtarır".

O, ali təhsil müəssisələrinin akkreditasiya meyarlarında karyera mərkəzləri ilə bağlı məsələlərin mövcud olduğunu söyləyib.

Nazir eyni zamanda əmək bazarı ilə bağlı elmi tədqiqatlara ehtiyacın olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!