Elm və Təhsil Nazirliyinin Əsasnaməsi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Elm və Təhsil Nazirliyinin Əsasnaməsi təsdiqləndi

Sosial

24 İyul 2023 15:40 680


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. 

Yenisabah.az xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi” təsdiqlənib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Marqarita pizza

Dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ləğv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!