Elmar Məmmədyarovun erməni həmkarı ilə növbəti görüşünün vaxtı və yeri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Elmar Məmmədyarovun erməni həmkarı ilə növbəti görüşünün vaxtı və yeri məlum oldu

Sosial

27 Yanvar 2020 09:36 972


Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək növbəti görüşün yeri və vaxtı ilə bağlı məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən deyilib ki, nazir Elmar Məmmədyarov bir müddət öncə yanvarın sonunda Ermənistan xarici işlər naziri ilə görüşün keçiriləcəyini bildirmişdi. Qeyd olunub ki, Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşü 29-30 yanvar tarixində Cenevrədə baş tutacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!