Elməddin 100 min manatdan niyə İMTİNA EDİB? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Elməddin 100 min manatdan niyə İMTİNA EDİB? - VİDEO

Şou

18 Mart 2023 13:36 1585


“Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün evdə nə yedi? Bunu edənlər var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma mən yaxşı baxmıram”. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov qonaq olduğu “Düzünə qalsa” verilişində deyib. 

Sənətçi həyatının hər dəqiqəsini sosial şəbəkədə göstəriş üçün nümayiş etdirənləri ağ yuyub, qara sərib:  Toyuqlu pizza

“Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsiniz? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkirlər olmayanlara”. 

E.Cəfərov ona təklif edilən 100 min manatdan da danışıb: 

“Həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100 000 manatdan yüksək qonorara razı idilər.

İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım, bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim. Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm.

O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim, pandemiyadan öncə. Üstəlik, Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim”. 

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!