Elməddin Tolik və Fərdanın SİRRİNİ AÇDI:   Şou düzəltmişdilər!

saytların hazırlanması

Evə çatdırılma

Elməddin Tolik və Fərdanın SİRRİNİ AÇDI: Şou düzəltmişdilər!

Şou

14 Mart 2025 16:49 386


Aktyor Elməddin Cəfərov Fərda Xudaverdiyevlə aralarında yaşananlara aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, "YouTube"da yayımlanan “Künc-bucaq” verilişində qonaq olan məşhur həmkarı ilə yaranan qalmaqalı belə təsvir edib:

“Mən Fərdanı çox istəyirəm. O, mənim üçün stənd-apda bir nömrəli aktyordur. Dostluğum olan insandır. Dostum dediyim insan haqqımda elə söz deməməlidir. Çünki o da məni tanıyır ki, elə bir xarakterim yoxdur. Mən kimlərləsə çörək kəsmişəm, amma heç kəsin çörəyin kəsməmişəm. Bu sözü dediyi üçün çox incidim. Bir qardaş kimi həmişə yanında olmağa çalışmışam. Sadəcə bunu dedim. Tolikin verilişində başqa şou düzəltdilər. Zəng etsələr də açmadım. Çünki niyyətim qalmaqal deyildi.  pizza hut

Heç vaxt keçmişimi satmaq istəmirəm. Pis olan şeyi də abır edərəm satmaram. Olub, o mənim tariximdir və qalıb. Zirvədə, ya da harada olur-olsun saxlamısansa, bitib”. 

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!