Elmi dərəcə alanlar arasında qadınlar çoxluqdadır

saytların hazırlanması

Evə çatdırılma

Elmi dərəcə alanlar arasında qadınlar çoxluqdadır

Sosial

17 İyul 2026 13:41 75


Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin I yarısında 295 nəfərə fəlsəfə doktoru, 40 nəfərə isə elmlər doktoru elmi dərəcəsi verib.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə müxtəlif elm sahələri üzrə 209 qadın və 86 kişi olmaqla, ümumən 295 nəfərə fəlsəfə doktoru, 20 qadın və 20 kişi olmaqla isə 40 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Fəlsəfə doktoru elmi dərəcəsi alan qadın iddiaçılar arasında ən yüksək göstərici filologiya (59 nəfər), iqtisad (23 nəfər), pedaqogika (22 nəfər), biologiya (19 nəfər) və tibb elmləri (17 nəfər) sahələrində qeydə alınıb. Kişi iddiaçılar arasında isə iqtisad (23 nəfər) və texnika (19 nəfər) elmləri üstünlük təşkil edib. pizza sifarişi

Elmlər doktoru elmi dərəcəsi üzrə qadın iddiaçıların sayı filologiya elmlərində 8, pedaqogika və kimya sahələrində 3, biologiya, texnika, iqtisad, tarix, hüquq, sənətşünaslıq və fəlsəfə sahələrinin hər birində 1 nəfər olub.

Kişi iddiaçılar arasında isə texnika və iqtisad elmləri üzrə hər birində 4 nəfərə, tibb elmləri üzrə 3 nəfərə, filologiya üzrə 2 nəfərə, fizika, kimya, biologiya, coğrafiya, eləcə də milli təhlükəsizlik və hərb elmlərində hər sahə üzrə 1 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.

Qeyd edək ki, hesabat dövründə fəlsəfə doktoru elmi dərəcəsi alanlar arasında qadınların sayı kişilərdən daha çox olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!