Elnarə Abdullayevanın ailəsində yas düşdü

saytların hazırlanması

Evə çatdırılma

Elnarə Abdullayevanın ailəsində yas düşdü

Şou

22 İyul 2026 09:37 127


Elnarə Abdullayevanın qardaşı vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, Əməkdar artist bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:

“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü. Dördpendirli pizza

Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik. Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!