“Təkcə “Bibiheybət” məscidindən ayda 400 min manat nəzir pulu yığılır“   - Milyonlar hara gedir?

saytların hazırlanması

Evə çatdırılma

“Təkcə “Bibiheybət” məscidindən ayda 400 min manat nəzir pulu yığılır“ - Milyonlar hara gedir?

Sosial

03 Fevral 2022 15:20 7903


“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilib. Bundan sonra nəzirləri onlayn qayda da ödəmək mümkün olacaq. Dəyişiklik müəllifləri hesab edirlər ki, onlayn qayda da ödəniş şəffaflığı təmin edəcək.

Maraqlıdır, indiyədək nəzir qutularına toplanan vəsait necə xərclənirdi? Hansısa şübhələr var idimi?

Məscidlərdən yığılan nəzir pulları ilə bağlı hesabat aparılırdımı? Dördpendirli pizza

Dinşünas alim Elşad Miri Yenisabah.az-a açıqlamasında deyib:

“Bu günə qədər nə Qafqaz Müsəlmanlar İdarəsi, nə də o quruma mənsub olan hansısa məscidin hesabatla çıxış etdiyini görmüsünüzmü? Əlbəttə, xeyr. Ona görə də, şübhə yaratmağı elə ilk gündən mövcud idi.

2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsis ediləndə həmin qurumun rəhbəri belə bir açıqlama verdi ki, təkcə “Bibiheybət” məscidindən aylıq 400 min manat nəzir pulu yığılır. Bununla bağlı da həmin vaxt ANS TV-nin müxbiri olan Qənirə Paşayeva orada sorğu keçirmişdi. Nəticələrinin şahidi olurduq”.

İlahiyyatçının sözlərinə görə, hesabat verilməməsi, digər məsələlərin qapalı olması şübhələr yaradır. Dəyişikliklər qəbul edilsə, mexanizm işləsə, onlyan şəkildə ödənilsə təbii ki, bunlar müəyyən sistemə düşəcək. Bununla bağlı hər hansı informasiya veriləcəkmi? Bunun özü də tam açıqlanmır. Ümid edirəm yəqin ki, qərarın sonraki prosesi bununla əlaqəlidir”.

E.Miri qeyd edib ki, din xadimləri orta Azərbaycan vətəndaşılarından daha yaxşı yaşayır:

“Özümüz də görürük ki, həmin qurumlarda çalışanlar və yaxud da din xadimləri konkret olaraq orta Azərbaycan vətəndaşından daha yaxşı yaşayır. Nəyin hesabına? Heç yerdə işləmir, peşələri yoxdur. Hansısa bir ödəniş etmir, vergi vemirlər. İanələrdən bu günə qədər vergilər alınmır. Necə olur bu? Belə bir situasiyanın yaranmasına bu kimi amillər təkan verir”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sadə vətəndaş
    Sizə bir sual verim elşad miri nə zamandan bəri ilahiyyatçı olub ? Axı o yəhudidi və islam düşmənidir. Kimlər qalıb kimlərdən müsahibə alırsız. Sizdə din düşmənimiz.
    4 years ago
    • Adı Vətəndaş
      Adı Vətəndaş
      Burda söhbət Elşadın kim olmagindan getmir yigilan pulların hara xərclənməsi dən gedir. Siz deyin bu pullar hara gedir.?
      4 years ago  Like (0)
    • Abdullayev
      Abdullayev
      Onun kim olduğunu qoyaq bir kənara dedikləri həqiqətdir ya yox?
      4 years ago  Like (0)