“Bu, böyük bir faciədir. Həm Rəşadın özü, ailəsi üçün, həm də biz dostları üçün".
Yenisabah.az Pravda-a istinadla xəbər verir ki, bunu Elşən Xəzər deyib.
O əlavə edib: "Bir faciə yaşandı. Biz də hələ ki məlumatları internetdən oxuyuruq, saytlardan eşidirik. Artıq təxmin edirik ki, hadisə niyə baş verib. Bir kişinin ailəsinə, balalarına söyüş söysən, adam əsəbləşər. Bu məsələdə də nəticə belə sonlanıb. İnanın, hamımız çox pis olmuşuq. Gözləyirik, görək, nə olur. Ən gözəl xəbər Rəşadın öz dilindən çıxan xəbər olacaq”. pizza
E. Xəzər “Söyüş söydüyünə görə kimisə öldürmək Rəşad Dağlıya bəraət qazandırmır” deyənlərə də münasibət bildirib: “Bu suala cavab vermək ağırdır. Qətl törətmək yaxşı şey deyil. Mən bunun tərəfində deyiləm. Amma bilirsiniz, hirsli başda ağıl olmaz. Bəzən olur ki, sərhədlər çox pis keçilir. Əvvəllər belə şeylər çox olurdu. O vaxt erməni alçağı bayrağımıza tüpürəndə zabitimiz Ramil Səfərov onu öldürmüşdü. Yəni bəzi şeylər var ki, keçmək mümkün olmur. İstənilən halda, kaş məsələ bu cür bitməyəydi, kaş belə olmayaydı, kaş qarşı tərəf söyüş söyməyəydi. Bəlkə də, başqa cür olardı. Vallah, adam danışmağa söz tapmır”.
Telegram kanalımız