Elşən Xəzər Moskvaya köçməyindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Elşən Xəzər Moskvaya köçməyindən danışdı

Şou

29 Avqust 2025 15:48 733


Azərbaycanı tərk etməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Yenisabah.az globalinfo-ya istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Elşən Xəzər deyib.

O, işləri ilə əlaqədar müvəqqəti Rusiyanın paytaxtı Moskva şəhərində olduğunu bildirib: pizza sifarişi

"Azərbaycanı niyə tərk edim axı? Bəli, Moskvaya gəlmişəm, amma bu o demək deyil ki, ölkəni həmişəlik tərk etmişəm. Bilirsiniz, sənətdən getdikdən sonra dolanışıq üçün bir iş qurmalı idim. Elə alındı ki, Moskvada restoran işlətdim. Mən bura həm müayinə, həm də iş üçün gəlib-gedirəm. İşlədiyim obyekti də boş buraxa bilmərəm".

Elşən Xəzər sentyabrda Azərbaycana gələcəyini qeyd edib.

Xatırladaq ki, E.Xəzərin Rusiyaya köçməsi xəbərini onun həmkarı Aqşin Fateh yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!