Elton Məmmədov kollektivə təqdim edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Elton Məmmədov kollektivə təqdim edildi - Foto

Sosial

29 Noyabr 2019 08:53 1502


Bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, texnika elmləri doktoru Elton Məmmədov kollektivə təqdim edilib.

"Yeni Sabah"ın məlumatına görə, E.Məmmədovu kollektivə AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov təqdim edib.

YT Parkın yeni direktorunun ictimai-siyasi, sosial, elmi və pedaqoji fəaliyyətindən, iş təcrübəsindən danışıb. O, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ölkəmizdə elmi nailiyyətlərin kommersiyalaşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bugünkü təyinatı göstərilən istiqamətdə atılan mühüm addım kimi səciyyələndirib.

Qeyd edib ki, Elton Məmmədov 57 elmi əsər, 3 monoqrafiya, 2 ixtira, eləcə də ali məktəblər üçün 3 dərsliyin müəllifidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!