“Eltondan istifadə edib...” - Tolik 6 illik iş birliyinə niyə son qoydu?

saytların hazırlanması

Evə çatdırılma

“Eltondan istifadə edib...” - Tolik 6 illik iş birliyinə niyə son qoydu?

Şou

24 Yanvar 2020 13:12 1828


Tarix Əliyev (Tolik) müğənni Elton Hüseynəliyevlə işbirliyinə son qoyub.

"Yeni Sabah" xəbər verir ki, bu haqda Tolik özü deyib. O, Eltonun işlərini çatdıra bilmədiyini vurğulayıb:

"6 ilə yaxındır prodüseri olaraq çalışdığım Elton Hüseynəliyevlə işbirliyimə son qoyuram. Bu qərarı verməyimdə işlə bağlı heç bir problemim olmayıb. Aparıcılıq etdiyimə görə Eltonun bəzi işlərində onun yanında ola bilmirəm. Düşünürəm ki, onun yanında həyat yoldaşı, keçmiş prodüseri Tamilla xanım var və bu işin öhdəsindən yetəri qədər gələ bilir". pizza hut

Tolik adını çəkmədiyi həmkarına da sərt ismarıc yollayıb:

"Haşiyədən kənara çıxaraq, bir qadına deyirəm ki, kimlərəsə acıq verib, Eltondan istifadə edib özünü səviyyəli göstərmə. Çünki o səviyyənin sahibi deyilsən və heç vaxt da olmayacaqsan".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!