"Mənə yazırlar ki, cangüdəniniz olum, həm də bunu təmənnasız təklif edirlər".
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" proqramında deyib.
İfaçı heç vaxt yanında cangüdən olmadığını, gedəcəyi məkana ailəsindən olan adamlarla yollandığını bildirib: Sezar pizza
"Yeganə müğənniyəm ki, yanımda ancaq prodüser olur. Toylara gedəndə yanımda ya bacım, ya kürəkənim, ya da bir vaxtlar oğlum olurdu. Özümə cangüdən götürmürəm. Bunu təmənnasız etmək istəyənlər var, amma razılaşmıram".
Seyidcahan bacıları ilə küsülü olması barədı də danışıb:
"Bacılarım məndən istedadlıdır. Ən azı beş dil bilirlər. Aramızda elə narazılıq yoxdur. El elə sığır, amma ev evə sığmır. Əvvəl mənim evimdə qalırdılar”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız