Elza əsəbiləşdi - Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır

saytların hazırlanması

Evə çatdırılma

Elza əsəbiləşdi - Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır

Şou

04 Oktyabr 2026 12:56 104


"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər".

''Yeni Sabah'' xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Qonaqcanlı” verilişində deyib. Sənətkar konsert verən bəzi müğənniləri qınayıb:

"Konsertləri bu dəqiqə toy gününə salıblar. Toy müğənniləri artıq böyük səhnələrə ayaq açıblar. Əslində, bizim bəstəkarlar o səhnələrdə deməlidirlər ki, "Gəlin, keçin bizə konsert verin". Baxın da, görün kimlərin konsertləri olur. Biabırçılıq! Toylarda oxuyanlar gündə konsert verirlər. Özü bir dənə konsert verən kimi səhəri dəyişirlər. Üzr istəyirəm ifadəmə görə, insan necə "qudurarmış". Üzr istəyirəm, bəlkə də bu söz mənim vücuduma yaraşmır. Amma bir dənə konsert verən kimi səhər onların danışıqlarına, hərəkətlərinə baxın. Gördükləri böyüklərə hətta salam da vermirlər, görməzdən gəlirlər. Guya bunlar o səhnəyə çıxdılar, bunlar dəyişdilər. Əslində, onlar səhnəni çirkləndirdilər".\Axşam.az Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!