“Elza Seyidcahan getsin öz adından bir il toylarda pulsuz oxusun” - Nadir Qafarzadə

saytların hazırlanması

Evə çatdırılma

“Elza Seyidcahan getsin öz adından bir il toylarda pulsuz oxusun” - Nadir Qafarzadə

Şou

02 İyul 2021 01:11 1383


Bəstəkar, ifaçı Elza Seyidcahan müğənnilərə səslənərək qeyd edib ki, “Bir il hamı  pulsuz oxusun ki, Allah günahlarını tez bağışlasın”. 

Yenisabah.az xəbər verir ki, Nadir Qafarzadə Elza Seyidcahının müraciətinə “Elza xanım bir illik yox, çoxillik öz adına toylara pulsuz gedə bilər” - deyərək cavab verib. 

N.Qafarzadə bildirdi ki, görülən bütün işlərin qarşılığı, xüsusən də maddi ödənişi olmalıdır: “Əziyyətə qiymət verilməlidir. Elza xanım mağazaya getsə çörəyi ona pulsuz verəcəklər? Yoxsa ona pulsuz ərzaq verəcəklər? Əlbəttə ki, yox. Dolanmaq üçün ödəniş etməlidir. Bunun üçün də toya getməli, ödəniş almalıdır. Bizim dolanmaq üçün qazancımız toylardan çıxır.  Dördpendirli pizza

Zamanında toylara çox pulsuz getmişəm. Yeri gəlib, kasıb toylarına da getmişəm, aşağı qiymətlə də çıxış etmişəm. Yəni biz hər vəziyyəti nəzərə almışıq. İndi pulsuz adama salam vermirlər, nəinki gedib pulsuz toy oxumaq. Gəlin etiraf edək, bu reallıqdır. Ona görə də Elza xanım öz adına istəsə toylara pulsuz gedə bilər. İstəyir bir il yox, uzunmüddətli gedə bilər. Hər kəsin Allah ruzusunu bol etsin. Biz ailə saxlayırıq, problemlərimiz var. Onları çözmək üçün mütləq qonorar almalıyıq”./Moderator.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!