Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq - Fotolar

Şou

04 Mart 2024 22:43 732


Əməkdar artist Elza Seyidcahan geyimlərini hərraca çıxaracaq. 

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü deyib. O bildirib ki, hərrac şəhərdə onun adına açılan və çıxış etdiyi məkanlardan birində keçiriləcək:

"Hərracda geyimlərim, aksessuarlarım olacaq. Çünki insanlar mənə zəng edir, yazır ki, filan əşyanız haradandır? Mən də qərara gəldim hərrac təşkil edim və onları satım. İlkin qiymət 200 manat olacaq. Ən çox ödəniş edən mənim geyimimə sahib ola biləcək. Həmin pulları isə layihələrimə xərcləyəcəyəm. Çünki mənim layihələrim çox pul tələb edir". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!