Elzadan Gülaya atmaca: “Brend geyinməklə deyil, mahnını düz oxu“

saytların hazırlanması

Evə çatdırılma

Elzadan Gülaya atmaca: “Brend geyinməklə deyil, mahnını düz oxu“

Şou

10 Mart 2022 14:10 556


Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallıya söz atıb.

Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “Günün sədası” verilişində qonaq olan Seyidcahan Gülayın onun bəstəsi olan mahnını düzgün oxumadığını bildirib:

“Gülayın xətrini çox istəyirəm. Məndən xəbərsiz gedib mahnımı oxuyub, radiolara verib. O, “Əl çəksin kədər” əvəzinə “Əl “çəhsin kədər” deyib. “Çəhsin” sözü var? Mən də bir bəstəkar kimi hər dəfə maşında qulaq asıram, az qalır beynimə qan sızsın. Brend geyinib, özünüzü leydi kimi göstərirsizsə, ədəbi dilimizi də qoruyun. Pepperoni pizza

Mənə yazıb ki, mahnını pul verib almışam, nə vaxt istəsəm elə də oxuyacağam. Mahnıya da az pul verib, hörmət etmişəm. Sən mənə de görüm, o mahnını niyə oxumursan? Bu gün-sabah  o mahnını oxuyaram, görərsiz necə oxuyurlar. Bu günədək onun xətrinə dəyməmişəm. Gülayı sevməsəm, mahnı vermərəm axı...”

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!