Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Əmək pensiyası və veteran pulu alanlara MÜHÜM XƏBƏR

Sosial

23 Sentyabr 2025 14:38 60179


2025-ci ilin yanvar–iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz artıb. Qanunvericiliyə əsasən, hər ilin əvvəlində bütün növ əmək pensiyaları Prezidentin müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir.

Bəs, bu artım veteranların aldıqları müavinətlərə də şamil ediləcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, veteranların aldıqları müavinətlər birbaşa əmək pensiyaları kimi indeksləşdirilmir:

“Veteranların aldığı müavinətlər ümumilikdə sosial müavinətlərə aiddir və onların indeksləşdirilməsi Nazirlər Kabineti və Prezidentin sərəncamı ilə həyata keçirilir. Qanunvericilikdə əmək pensiyalarındakı artım tempi ilə birbaşa bağlılıq yoxdur”.

Ekspertin sözlərinə görə, yanvarın 1-də sosial müavinətlərin və digər ödənişlərin də indeksləşdirilməsi ehtimalı var:

“Ən azı inflyasiyaya uyğun və orta aylıq əməkhaqqının artım tempinə əsaslanan indeksləşmə insanların sosial gözləntilərinin doğrulmasına xidmət edər. Belə bir addım atılarsa, təbii ki, əhalinin məmnunluğu da artacaq. Hazırda bu məsələdə gözləntilər həddindən artıq yüksəkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Səyyad
    Salam mən Kürdəmir rayon pirli kənd sakini Səyyad Kərimov ikinci vətən müharibəsi işdiraşçısıyam sizdən çox xahiş edirəm ki mənə köməyliy eləyəsiz verilən 80 manatla dolana bilmirəm cənab prezidentmizdən çox xayış edirəm ki mənə işlə bağlı köməyliy eləsin rayonmuzda bir neçə dəfə icra başçısının qəbulunda olmuşam mənə iş vermirlər
    7 months ago
  • Sərdar
    Əmək pensiyasını niyə dürtmüsüz bura burda əmək pensiyasından xəbər yoxdur axı
    7 months ago
  • Sərdar
    Əmək pensiyasını niyə dürtmüsüz bura burda əmək pensiyasından xəbər yoxdur axı
    7 months ago
  • Behruz Muradov
    80 azn veteran pulunun əsl adi prezident təqaüdüdur,onu da prezidentden başqa kimsə artira bilməz,ancaq prezidentin sərəncamı ilə artirila bilər.
    7 months ago