"Mən bibimlə iki il əvvəl yeni il konsertində görüşüb, şəkil və videolar çəkdirib, instagram səhifəmə yüklədim. Amma buna baxmayaraq yenə də deyirlər ki, guya bizim münasibətimiz yoxdur!"
Yenisabah.az xəbər verir ki, bu sözləri moderator.az-a müsahibə verən Əməkdar artist Mehriban Xanlarova bibisi, Xalq artisti Zeynəb Xanlarova ilə münasibətlərinə aydınlıq gətirərkən söyləyib.
O, daha sonra əlavə edib: Dördpendirli pizza
"Bilmirəm, başqa nə edim ki, onlar inansın ki, bizim münasibətimiz yaxşıdır? Ağzıgöyçəklər onsuz da danışırlar və danışacaqlar da. Zeynəb Xanlarova bizim nəslimizin baş tacıdır"
Aktrisa Zeynəb xanımın bu dedi-qodulara necə müansibət göstərdiyindən də danışıb:
"Zeynəb xanım heç vaxt belə işlərə qarışmayıb, bir kəlmə də deməyib. Şükür Allaha, o dünya görmüş insandır."
Telegram kanalımız