Əməkdar artist Cabir İmanova aid sirləri açdı

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar artist Cabir İmanova aid sirləri açdı

Şou

11 Oktyabr 2025 11:50 626


Əməkdar artist Dilarə Əliyeva mərhum həmkarı Cabir İmanovun son vaxtlar efirə çıxmamasının səbəbini açıqlayıb.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu barədəaktrisa "Astar"a yutub layihəsində söhbət açıb.

O bildirib ki, C.İmanov sosial şəbəkədə yazılan şərhlərə görə verilişlərə getməkdən imtina edib: "Onu həmişə verilişlərimə dəvət edirdim. Son vaxtlar da Cabiri verilişə dəvət etdim, amma dedi ki, istəmirəm. Bu dönəmdə efirə heç çıxmaq istəmirəm. Elə bir məqamdır ki, gəlirsən zarafat edirsən, deyib-gülürsən. Anlayan, anlamayan olur. Götürüb paylaşırlar. Sonra bunun altından yazanlar olur. Özümü onlara yem etmək istəmirəm. Adam o qədər haqlıdır ki... Necə münasibət bildirir, şərh yazırlar, buna görə ona haqq qazandırırdım". Dominos pizza

D.Əliyeva C.İmanovun övladlarından danışaraq bildirib: "Qızları Londonda təhsil alır, oğulları isə balacadır. Cabir çox yaxşı ata idi". 

Qeyd edək ki, C.İmanov iki dəfə ailəli olub. Onun birinci nikahdan 2 qız, ikinci evlilikdən 2 oğul övladı var. Aktyor bir neçə gün əvvəl idman zalında infarkt keçirərək dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!