Emil Balayev Qazaxıstanın ən yaxşısı oldu
08 Noy 2019 13:41
218

Emil Balayev Qazaxıstanın ən yaxşısı oldu

Futbol üzrə Azərbaycan millisinin üzvü Emil Balayev Qazaxıstan çempionatının ən yaxşı göstəriciyə malik qapıçısıdır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sözügedən ölkənin mətbuatında yazı dərc olunub.

Bildirilir ki, "Tobol" klubunda çıxış edən qapıçı ən az qol buraxanlar sırasındadır. O, cari mövsüm 18 oyunda qapısının toxunulmazlığını qoruya bilib. Bu baxımdan liderlik mövqeyində qərarlaşan 25 yaşlı qolkiperə heç kim çata bilməyəcək. Çünki mövsümün sonuna cəmi bir tur qalıb və bu da onun mövqeyinə təsir etməyəcək. Balayevin komandası sona 1 tur qalmış 60 xalla 4-cü pillədə qərarlaşır və o,  ümumilikdə 30 matçda 21 qol buraxıb.

Qeyd edək ki, ikinci pilləni "Ordabasi"nin qapıçısı Dmitri Nepoqodov tutur. Onun aktivində 15 "quru" oyun var. Qazaxıstan millisinin qolkiperi 28 qarşılaşmada 20 dəfə topu tordan çıxarmalı olub. 

 

Oxşar xəbərlər