Emin Ağalarov atasının şirkətindən ayrıldı 

saytların hazırlanması

Evə çatdırılma

Emin Ağalarov atasının şirkətindən ayrıldı 

Şou

30 May 2023 10:44 2207


Azərbaycanlı müğənni və biznesmen, xalq artisti Emin Ağalarov atasının "Crocus Group" şirkətindən ayrılıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. 

“Crocus Group”un birinci vitse-prezidenti vəzifəsində çalışan Emin Ağalarov diqqəti öz layihələri üzərində cəmləşdirmək niyyətində olduğunu bildirib.  Sezar pizza

"Biz atamla ("Crocus Group"un sahibi Araz Ağalarov - red.) danışdıq və birgə qərar verdik ki, mənim vəzifələrim şirkətin aparıcı top-menecerləri arasında bölüşdürüləcək", - o qeyd edib. 

Emin Ağalatov şirkətdən getməsini bir çox başqa layihələrinin olması ilə izah edib. "Hazırda mən öz layihələrimlə - "Sea Breeze" kurort şəhəri, fitness klublar şəbəkəsinin, eləcə də restoranlar şəbəkəsinin inkişafı ilə məşğulam ", - deyə Emin Ağalarov əlavə edib. 

Emin Ağalarov 2001-ci ildən "Crocus Group"da çalışır, 2014-cü ildən şirkətin birinci vitse-prezidentdir. Moskva vilayətində şirkət "Crocus Expo" sərgi mərkəzinə, "Crocus City Hall" konsert zalına, "Vegas" ticarət və əyləncə mərkəzlərinə və "Tvoi Dom" hipermarketlərinə sahibdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!