“Emin Əmrullayev Azərbaycan xalqından üzr istəməlidir!” - Deputatdan tələb

saytların hazırlanması

Evə çatdırılma

“Emin Əmrullayev Azərbaycan xalqından üzr istəməlidir!” - Deputatdan tələb

Sosial

09 İyul 2023 09:35 8040


“Emin Əmrullayev deyir ki, yaşı 25-dən yuxarı olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür. Sonra deyir ki, mən faktı deyirəm. Bu nə deməkdir? Belə fakt olar? Hansı mətni? Ölkənin Elm və təhsil naziri milləti təhqir edir. Sən hardan bilirsən ki, 25 yaşdan yuxarı yaşı olanların 60 faizi Füzulinin, Nizaminin, Əhməd bəy Ağaoğlunun, Axundovun, Heminqueyin, Çexovun və s. yazıçı və mütəfəkkirlərin əsərlərindəki əsas fikri başa düşmür? Zirəddin heç belə danışmır”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev deyib. Millət vəkili bildiirb ki, nazir bu fikrinə görə Azərbaycan xalqından üzr istəməlidir: “Bu adam nə PİRLS-i, nə PİSA-nı, nə Akkreditasiyanı, nə Bibliometrik göstəricələri, nə məzmunu, nə də QS reytinqini izah edə bilmir, lakin Azərbaycan xalqını hər addımda savadsızlıqda ittiham edir. Bu dərsi haradan almısınız?” 

Rafi MÜSLÜMOV  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!