Emin Əmrullayev pensiyaçı müəllimlərdən danışdı: “Ağrılı qərardır”

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev pensiyaçı müəllimlərdən danışdı: “Ağrılı qərardır”

Sosial

13 Dekabr 2023 11:29 4593


Elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına qədər işləməklə bağlı ağır qərarların verilməli olduğunu bildirib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, onun sözlərinə görə, bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır.

Nazir bildirib ki, kimsə pensiya yaşına qədər işdə qalmalıdır yanaşmasının dəyişməsi ağrılı qərardır: "Seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir". pizza

E. Əmrullayev əlavə edib ki, həmin şəxslərin yenidən ixtisas dəyişməsi və kvalifikasiyanın artırılması sözdə asan görünsə də, çox çətin prosesdir: "Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses olduqca səmərəli olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!