Emin Əmrullayev “Son zəng“lə bağlı əmr imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Emin Əmrullayev “Son zəng“lə bağlı əmr imzaladı

Sosial

13 İyun 2023 11:51 563


Elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil məktəblərində ənənəvi "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı əmr imzalayıb. 

Bu barədə Yenisabah.az-a nazirlikdən xəbər verilib. 

Əmrdə qeyd olunub ki, “Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunmalıdır.  pizza sifarişi

“Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin dəvət olunması ümumi təhsil müəssisəsinin rəhbərlərinə tövsiyə edilib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in keçirilməsi müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görürlməsi tapşırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!