Əmirlikdən gözlənilməz qərar: Beynəlxalq qurumdan çıxır

saytların hazırlanması

Evə çatdırılma

Əmirlikdən gözlənilməz qərar: Beynəlxalq qurumdan çıxır

İqtisadiyyat

28 Aprel 2026 16:56 121


Birləşmiş Ərəb Əmirlikləri OPEC və OPEC+ koalisiyasından ayrılacağını açıqlayıb.

“Yeni Sabah” Emirates News Agency-yə istinadla xəbər verir ki, qərar mayın 1-dən qüvvəyə minəcək.

Bu gözlənilməz addım OPEC daxilində üçüncü ən böyük neft istehsalçılarından biri olan BƏƏ-nin qlobal enerji böhranı fonunda “tam elastiklik” strategiyasına keçdiyini göstərir.

Qlobal neft bazarlarının əsas mərkəzi olan Yaxın Şərqdə geosiyasi balanslar yenidən formalaşır. BƏƏ bu qərarı uzunmüddətli strateji və iqtisadi planlarına uyğun olaraq qəbul edib və bununla da OPEC, eləcə də Rusiyanın liderlik etdiyi OPEC+ ittifaqından çıxır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!