Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası bazarında dinamik yüksəliş müşahidə olunur.
“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə həm toplanan haqların, həm də həyata keçirilən kompensasiya ödənişlərinin həcmində böyümə qeydə alınıb.
Cari ilin yanvar-iyul aylarında sözügedən sığorta növü üzrə ümumilikdə 67 milyon 868 min manat vəsait toplanıb. Bu göstərici ötən ilin ilk 7 ayı ilə müqayisədə 35,7% (17 milyon 838 min manat) çoxdur. Məlumat üçün bildirək ki, 2025-ci ilin eyni dövründə toplanan sığorta haqları 50 milyon 30 min manat səviyyəsində idi. Sezar pizza
Yığımlarla yanaşı, sığorta şirkətlərinin vətəndaşlara və qurumlara ödədikləri təzminatların məbləği də artıb. Belə ki, 2025-ci ilin yanvar-iyulunda 1 milyon 744 min manat təşkil edən sığorta ödənişləri bu ilin 7 ayında 10,7% (186 min manat) artaraq 1 milyon 930 min manata yüksəlib.
Telegram kanalımız