Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? -   Video

saytların hazırlanması

Evə çatdırılma

Əmlakını sığorta etdirməyən şəxslər hansı qurum tərəfindən cərimələnəcək? - Video

Sosial

22 Dekabr 2019 18:02 1287


Növbəti ildən etibarən evlərini sığorta etdirməyən şəxslər hər 20 gündən bir cərimə ediləcəklər.

"Yeni Sabah" xəbər verir ki, 2020-ci il yanvar ayının 1-dən etibarən əmlakın icbari sığortalanmasına nəzarət daha da gücləndiriləcək.

Sığorta məsələləri üzrə ekspert Tural Şükürov deyib ki, mülkiyyətində və faktiki sahibliyində daşınmaz əmlak olan bütün vətəndaşlar, sahibkarlar və hüquqi şəxslər sığorta müqaviləsini məcburi qaydada baglamalıdır.

Ekspert cərimələrin kim tərəfindən edilməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, fiziki şəxslər yerli icra orqanları, hüquqi şəxslər isə Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimə ediləcək. Yaxın gələcəkdə gözlənilir ki, əmlak bazası İcbari Sığorta Bürosuna inteqrasiya edilsin. Bu zaman sığorta cərimələri avtomatik qaydada həyata keçiriləcək.

Şükürov deyib ki, əmlakı sığorta etdirmək üçün hansısa sığorta şirkətinə getmək şərt deyil. İstənilən sığorta şirkəti ilə əlaqə saxlayıb onları ünvana dəvət etmək kifayətdir.

Yalnız qəzalı, tikintisi başa çatmayan, özbaşına tikili və sökülməsi nəzərdə tutulan əmlak sığortalana bilməz.

Xatırladaq ki, aztəminatlı ailələr əmlakın icbari sığortası ödənişindən azaddırlar. Onların əmlakının sığorta haqqını dövlət qarşılayır. Bunun üçün onların sığorta şirkətinə müraciət etməsi yetərlidir.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!