Emrelinin komandası “Ümraniyespor“la qarşılaşacaq

Emrelinin komandası “Ümraniyespor“la qarşılaşacaq

İdman Veb saytların hazırlanması

02 Aprel 2023 10:10 720


Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında  27-ci tur oyununa çıxacaq.

Yenisabah.az xəbər verir ki, komanda autsayder "Ümraniyespor"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Mahirin sözügedən görüşdə start heyətdə yer alacağı gözlənilir.

"Konyaspor" 34 xalla 8-ci pillədə qərarlaşıb, "Ümraniyespor"  22 xalla sonuncu-19-cudur. Siyahıya 63 xalla "Qalatasaray" başçılıq edir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!