Ən çox bal toplayan abituriyent: Çəkilən əziyyət yerdə qalmır

saytların hazırlanması

Evə çatdırılma

Ən çox bal toplayan abituriyent: Çəkilən əziyyət yerdə qalmır

Sosial

07 Aprel 2023 17:17 1197


5 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 296.7 bal toplayan Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdi Arif Hacıyev göstərib. 

Məlumat üçün qeyd edək ki, adıçəkilən şagird 2 il əvvəl də 9-cu sinif buraxılış imtahanında 282.6 bal toplamaqla yüksək nəticə göstərib.

Təəssüratlarını Modern.az-la bölüşən Arif Hacıyev yüksək nəticə əldə etdiyinə görə sevincli olduğunu söyləyib.  pizza hut

"Hazırda həyəcanlıyam. Ancaq bu nəticəni gözləyirdim. Mənim belə nəticə göstərməyimdə müəllimlərin rolu böyükdür. Mənə yüksək bal toplamaqda kömək oldular. Həqiqətən də, çəkilən əziyyət yerdə qalmır. Hər bir fəndən hazırlaşırdım. Bu göstərici məni qane etdi", - Arif Hacıyev bildirib.

O, gələcək təhsil planlarından da söz açıb:

"Allah nəsib etsə, Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasını istəyərəm. Əgər olmasa, kompüter mühəndisliyini seçəcəyəm. Fikrim var ki, bakalavr təhsilini Azərbaycanda bitirim. Bundan sonra xaricdə magistr təhsili almağı planlaşdırıram. Magistri bitirdikdən sonra yenə qayıdıb ölkəmə xidmət edəcəyəm". 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!